Apple planşet kompüter təqdim edib
Göndərən iKTci Tarix: January 29 2010 20:14:24
Apple şirkətinin icraçı direktoru Stiv Cobs San-Fransisko şəhərində keçirilən xüsusi tədbirdə şirkətin yeni qurğusunu, iPad adlı planşet kompüteri təqdim edib.
Davamı

Apple şirkətinin icraçı direktoru Stiv Cobs San-Fransisko şəhərində keçirilən xüsusi tədbirdə şirkətin yeni qurğusunu, iPad adlı planşet kompüteri təqdim edib.
S.Cobsun sözlərinə görə, yeni planşet musiqi dinləmək və fotoşəkillərə baxmaq, eləcə də veb-serfinq üçün “əla həlldir”.
9,7 düym diaqonallı sensor ekran, Apple şirkətinin istehsal etdiyi 1 qiqahers takt tezlikli A4 prosessoru ilə təchiz olunacaq iPad-in fləş-yaddaş həcmi modeldən asılı olaraq 16-dan 64-qiqabaytadək ola bilər.
Təqdimat mərasimi zamanı Apple rəhbəri xüsusi olaraq iPad üçün nəzərdə tutulan iWork ofis əlavələri paketinin buraxılacağını, eləcə də iBook onlayn-kitab mağazasını istifadəyə veriləcəyini bəyan edib. 1,2 santimetr qalınlıqlı və 680 qram çəkili yeni qurğu Wi-Fi 802.11n və Bluetooth 2.1 standartlarını dəstəkləmək imkanına malikdir. Apple-in yeni məhsulunun qiyməti isə 499 ABŞ dollarından başlayacaq.
Mənbə: www.mincom.gov.az